FT: Britaniya 13 silah və partlayıcı zavod tikəcək- ÖZƏL

Böyük Britaniya hökuməti müdafiə potensialını artırmaq məqsədilə 13 yüksək texnologiyalı silah və partlayıcı istehsalı zavodu inşa edəcək. Olaylar.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti müdafiə naziri Con Hiliyə istinadən məlumat yayıb.
Nazirin sözlərinə görə, bu həftə ölkədə iki pilotsuz uçuş aparatları (PUA) zavodu açılacaq. Hili parlamentdə çıxış edərək müdafiə xərcləri və hərbi islahatların prioritetlərini açıqlayacaq. O, Müdafiə Nazirliyinin islahatları ləng apardığını bildirən tənqidlərə cavab verməyi planlaşdırır.
Müdafiə Nazirliyi son 20 ildə ilk dəfə olaraq geniş həcmli partlayıcı maddə və yanacaq istehsalı üçün yeni müəssisələrin tikintisinə dair texniki-iqtisadi əsaslandırmaları maliyyələşdirib. Nazir bildirib ki, müdafiə sektoruna yatırılan əlavə investisiyalar "müdafiə dividendləri" gətirəcək və iqtisadi artımı stimullaşdıracaq.
Hilin çıxışı Avam Palatasının müdafiə komitəsinin hesabatından sonra baş tutub. Hesabatda qeyd edilir ki, Britaniyanın müdafiə sənayesi "kollektiv müdafiə üçün yetərincə hazırlıqlı deyil". Səbəblər arasında istehsal gücünün azlığı, kadr çatışmazlığı, innovasiya boşluğu, satınalma proseslərində problemlər və maliyyənin kifayət etməməsi göstərilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31