Rusiya hücumları: Polşa NATO qırıcılarını havaya qaldırdı – ÖZƏL

Olaylar.az xəbər verir ki, Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı Rusiyanın Ukrayna ərazisinə endirdiyi zərbələr nəticəsində Polşa və müttəfiq qüvvələrin aviasiyasının ölkənin hava məkanında fəaliyyətə cəlb edildiyini bildirib.
Komandanlığın məlumatına görə, cərəyan edən vəziyyətlə əlaqədar olaraq: Növbətçi qırıcı cütlükləri və erkən xəbərdarlıq təyyarəsi həyəcan siqnalı ilə havaya qaldırılıb. Yerüstü hava hücumundan müdafiə sistemləri, həmçinin radar aşkarlama və uzaq kəşfiyyat sistemləri maksimum hazırlıq vəziyyətinə gətirilib.

Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı vurğulayıb ki, bu tədbirlər profilaktik xarakter daşıyır və hava məkanının təhlükəsizliyini təmin etməyə, xüsusilə də təhlükə altında olan regionlara bitişik əraziləri qorumağa yönəlib. Komandanlıq vəziyyəti izləyir və tabeliyindəki qüvvələr dərhal reaksiya verməyə hazırdırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31