Rusiya Xarkovu kamikadze-dronlarla vurdu-36 nəfər yaralandı
19 Noyabr 2025 10:38 DünyaUkrayna polisi bildirib ki, Rusiya qüvvələri 19 noyabr gecəsi Xarkova kütləvi dron hücumu həyata keçirib.
Olaylar.az xəbər verir ki, hücum nəticəsində 36 nəfər xəsarət alıb.
Məlumata görə, zərbə zamanı onlarla qeyri-hərbi obyekt ciddi ziyan görüb:
10-dan çox çoxmənzilli bina, məktəb, qarajlar, onlarla avtomobil, trolleybuslar, supermarket və digər mülki infrastruktur.
Ukrayna hüquq-mühafizə orqanları hücumun nəticələrini dokumentasiya edir və hadisə ilə bağlı istintaq davam edir.
Şəhərdə xilasetmə işləri gecə saatlarından etibarən aktiv şəkildə aparılıb. (Musavat.com)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31