Kiyevə yüksək rütbəli Pentaqon nümayəndələri gəlib- "Politico"
19 Noyabr 2025 10:30 DünyaABŞ Müdafiə Nazirliyinin (Pentaqon) yüksək vəzifəli nümayəndələrindən ibarət nümayəndə heyəti Kiyevə səfər edib.
Olaylar.az xəbər verir ki, bu barədə Politiconəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, səfərin əsas məqsədi Ukrayna rəhbərliyi ilə Rusiya ilə dayandırılmış sülh prosesində Kiyevin rolunu müzakirə etməkdir. ABŞ administrasiyası müharibənin sona çatdırılması üçün prosesləri sürətləndirməyin yollarını axtarır.
"Politico" qeyd edir ki, Vaşinqton Ukraynanın danışıqlara cəlb olunmasını və sülh mexanizmlərinin yenidən işə salınmasını prioritet hesab edir. Nümayəndə heyətinin görüşlərinin detalları açıqlanmasa da, müzakirələrin təhlükəsizlik, diplomatik addımlar və gələcək strategiyalar ətrafında aparıldığı bildirilir.
Səfər ABŞ-ın Ukrayna üzrə diplomatik fəallığının artması fonunda baş tutur. (Musavat.com)