İran ABŞ-la nüvə danışıqlarını öz şərtləri əsasında bərpa etməyə hazırdır- ÖZƏL
19 Noyabr 2025 10:13 Dünyaİran ABŞ-la nüvə proqramı üzrə danışıqları bərpa etməyə hazırdır, lakin yalnız Tehranın irəli sürdüyü şərtlər nəzərə alınacağı halda. Olaylar.az xəbər verir ki, bu barədə İranın ali lideri Ayətullah Əli Xameneinin müşaviri və Strateji Xarici Əlaqələr Şurasının sədri Kamal Xarazi CNN-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Vaşinqton əvvəlcə "real iradə göstərməli" və Tehranın tələblərinə uyğun dialoqa hazır olduğunu sübut etməlidir. Xarazi qeyd edib ki, İran uranın "zənginləşdirmə səviyyəsi" ilə bağlı müzakirələrə açıqdır, lakin bu prosesin tam dayandırılmasını qəbul etmir.
Rəsmi Tehran yenə də iddia edir ki, nüvə silahı əldə etməyə çalışmır və proqram dinc məqsədlərə xidmət edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31