Aİ-dən Gürcüstana sərt mesaj: Viza rejiminə yenidən baxıla bilər – ÖZƏL
19 Noyabr 2025 10:07 DünyaAvropa Parlamentinin deputatı Pyatras Auştreviçius Gürcüstanın Avropa İttifaqının (Aİ) tövsiyəsi ilə yaradılmış Antikorrupsiya Bürosunu ləğv etmək qərarına sərt reaksiya verib.
Olaylar.az xəbər verir ki, o, sosial şəbəkədə yazıb ki, Gürcüstanla viza liberallaşdırılması və digər sektoral qərarlar təcili olaraq yenidən nəzərdən keçirilməlidir.
Auştreviçius öz paylaşımında bunları qeyd edib: "Gürcüstan Avropa İttifaqının tövsiyəsi ilə yaradılmış Antikorrupsiya Bürosunu "kənardan tətbiq edilmiş" kimi ləğv etmək qərarını qəbul etdi. Viza liberallaşdırılması və digər sektoral qərarlar təcili olaraq yenidən nəzərdən keçirilməlidir".
Qeyd edək ki, iqtidarda olan "Gürcü Arzusu" partiyasının qərarına əsasən, Antikorrupsiya Bürosu 2026-cı il martın 2-dən ləğv ediləcək və onun funksiyaları tamamilə Dövlət Audit Xidmətinə veriləcək. Bu qərar Aİ ilə Gürcüstan arasındakı əlaqələrdə gərginlik yaradıb.