Aİ-də Ukraynanın Fransadan “Rafale” almaq planı təəccüb yaradıb - ÖZƏL

Fransa prezidenti Emmanuel Makron və Ukrayna prezidenti Vladimir Zelenski arasında imzalanan və Kiyevin Fransadan Rafale qırıcıları sifariş etməsini nəzərdə tutan razılaşma Avropa İttifaqında gözlənilməzliklə qarşılanıb.

Bu barədə Olaylar "Politico" -ya istinadən məlumat yayıb.

Diplomat bildirib ki, Ukraynanın "Gripen" təyyarələrinə əlavə olaraq "Rafale" almağı planlaşdırması "xeyli gözlənilməz addımdır". Onun sözlərinə görə, Kiyevin bu təyyarələri ödəmək üçün kifayət qədər maliyyəsi yoxdur və prosesin gedişi əsasən dondurulmuş Rusiya aktivlərindən asılı olacaq.

Qeyd edilir ki, Makron və Zelenski 17 noyabr tarixində Ukraynaya hərbi yardım göstərilməsinə dair saziş imzalayıblar. Sazişə əsasən, Ukrayna Fransadan 100 ədəd "Rafale" qırıcısı sifariş etmək niyyətindədir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da Makron və Zelenski arasında imzalanan sənədlə bağlı açıqlama verib. O, belə silah tədarükünün Rusiyanın xüsusi hərbi əməliyyat zonasındakı vəziyyəti dəyişməyəcəyini bildirib.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31