ABŞ-yə Çin krediti: 23 ildə 200 milyard dollardan çox vəsait texnoloji layihələrə ayrılıb – ÖZƏL
18 Noyabr 2025 15:46 DünyaOlaylar.az xəbər verir ki, "The Washington Post" (WP) qəzeti Virciniya ştatındakı Uilyamsburq Universitetinin AidData tədqiqat laboratoriyasına istinadən bildirib ki, Çin maliyyə qurumları 2000-2023-cü illərdə ABŞ-yə texnoloji və infrastruktur layihələri üçün 200 milyard dollardan çox kredit verib, bu da digər ölkələrin verdiyi kreditlərdən daha çoxdur.
Çin kreditorları ABŞ-nin demək olar ki, bütün ştatlarında qaz kəmərlərindən hava limanlarına qədər 2,5 min layihəni dəstəkləyib.
Kreditləşmənin yarısından çoxu, 103 milyard - 2018-ci ildən sonra təmin edilib.
Ştatlar səviyyəsində həyata keçirilən layihələr arasında Kanadadan Nyu-Yorka çəkilən yüksək gərginlikli elektrik xətti, Şimali Virciniyada dünyanın ən böyük məlumat mərkəzlərindən biri və Nyu-Yorkdakı Con Kennedi Beynəlxalq Hava Limanında bir neçə terminal var.
Çin maliyyə qurumları həmçinin "Fortune 500" siyahısındakı gəlirlərinə görə ən böyük ABŞ şirkətlərinin (o cümlədən Amazon, Halliburton, Tesla, Boeing, Qualcomm və Disney) cari əməliyyatları üçün də mütəmadi olaraq kredit xətləri ayırıb.
idData-nın icraçı direktoru Bredli Parks qeyd edib ki, Vaşinqton digər ölkələrə Çindən borc asılılığı barədə xəbərdarlıq etsə də, Çin dövlət kreditorlarından ABŞ-dəki borcalanlara böyük həcmdə kredit daxil olub.