Avropa Komissarı: “Rusiya Ordusu 2022-ci ildəkindən güclüdür”- ÖZƏL

Avropa Komissiyasının müdafiə üzrə komissarı Andryus Kubilyus bildirib ki, Rusiya ordusu döyüş təcrübəsinə malikdir və bu gün 2022-ci illə müqayisədə daha güclüdür. Olaylar.az xəbər verir ki, bu barədə o, Brüsseldə keçirilən genişlənmə forumunda çıxış edərkən söyləyib.
"Bu gün dünyada yalnız iki döyüş təcrübəsi olan ordu var - Rusiya və Ukrayna ordusu. Və Rusiya ordusu indi 2022-ci ildəkindən xeyli güclüdür", - deyə Kubilyus bildirib.
O, həmçinin Avropa İttifaqının genişlənmə prosesindən istifadə edərək Ukrayna və onun ordusunu Aİ hərbi sisteminə inteqrasiya etməyi təklif edib. Kubilyusun sözlərinə görə, bu, Rusiyaya qarşı qarşıdakı beş il ərzində mümkün qarşıdurmalara hazırlıq məqsədi daşıyır. Bundan əlavə, Avropa Komissarı qətiyyətlə Avropa müdafiə ittifaqının tez bir zamanda yaradılmasını dəstəkləyib və bunun çərçivəsində Aİ-yə üzv olmayan ölkələrin də hərbi imkanların gücləndirilməsinə cəlb edilə biləcəyini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31