30 illik həbsdən sonra milyonçu OLDU

Saxta ittihamlarla 30 ildən çox həbsxanada yatmış Kaliforniya sakini 19,1 milyon dollar təzminat alacaq.

Olaylar.az xəbər verir ki, bu barədə "Los Angeles Times" nəşri məlumat yayıb.

Müvafiq müqavilə Bolduin Park şəhəri ilə ədalətsizliyin qurbanı olan 56 yaşlı Daniel Saldana arasında imzalanıb.

Məlumata görə, 1989-cu ildə o, yerli məktəbin yaxınlığında atəş açmaqda və iki şagirdi yaralamaqda ittiham olunub.

1990-2023-cü illərdə həbsdə olan Saldana həmişə günahsız olduğunu iddia edib. 2017-ci ildə yenidən məhkəmə araşdırması başlayıb və 2023-cü ildə məhkəmə Saldananın işi ilə məşğul olan polis detektivinin "vəzifələrini zəif yerinə yetirdiyini" müəyyən edib. 2024-cü ildə zərərçəkən Bolduin Park hakimiyyətinə və yerli polis detektivi Maykl Donovana qarşı iddia qaldırıb. Saldananın vəkilləri Donovanı şahidlərə təzyiq göstərmək, sübutları saxtalaşdırmaq və istintaq materiallarını manipulyasiya etməkdə günahlandırır. Eks-polislə bağlı hər hansı cinayət işi açılıb-açılmayacağı barədə məlumat verilməyib. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31