Belarus və Litva sərhədində qanunsuz fəaliyyətlə mübarizə müzakirəsi aparılır- ÖZƏL

Belarus və Litva sərhəd xidməti nümayəndələri sərhəddə qanunsuz fəaliyyətlə mübarizə məsələlərini müzakirə edirlər. Olaylar.az xəbər verir ki, bu barədə Belarus Dövlət Sərhəd Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 18 noyabr tarixində Litvanın "Lavoriškes" sərhəd buraxılış məntəqəsində Belarus və Litva sərhəd xidmətlərinin baş müavinləri arasında işgüzar görüş keçirilir. Görüşdə iki ölkə sərhədində mövcud vəziyyət və qanunsuz miqrasiya ilə mübarizə, eləcə də sərhəd buraxılış məntəqələri xaricində kontrabanda hallarının qarşısının alınması yolları müzakirə olunur. Əvvəllər Litvanın Xarici Siyasət üzrə Parlament Komitəsinin sədri Remiqius Motuzas bildirib ki, hökumət 19 noyabr tarixində sərhəd rejimi ilə bağlı qərar qəbul edəcək və bu qərar iki ölkənin sərhəd xidmətləri arasında keçirilən görüşlərin nəticələrini nəzərə alacaq. Onun qiymətləndirməsinə görə, Vilnüs sərhədin açılmasını əvvəlcədən planlaşdırıldığı 30 noyabr əvəzinə daha tez həyata keçirməyə meyllidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31