Samvel Karapetyanın həbs müddəti yenidən uzadıldı
10:12 DünyaErmənistan məhkəməsi tanınmış iş adamı Samvel Karapetyanın həbs müddətini daha 30 gün uzadıb.
Olaylar.az xəbər verir ki, bu barədə yerli KİV-lər məlumat yayıb.
Qeyd edək ki, Karapetyan iyunun 18-dən etibarən həbsdə saxlanılır. O, hakimiyyəti ələ keçirməyə açıq çağırışlar etməkdə ittiham olunur.
Biznesmen özünə qarşı irəli sürülən ittihamları qəbul etmir və bunun siyasi sifariş olduğunu bildirir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31