ABŞ-dən Rusiyaya açıq müharibə təhdidi: “Bunun əvəzi ödəniləcək”

ABŞ müdafiə naziri Pit Heqset Ukrayna müharibəsi dərhal dayandırılmazsa, ABŞ-nin müttəfiqləri ilə birlikdə Rusiyaya "əvəz ödətdirəcəyini" bəyan edib. 

Heqset bu açıqlamanı Brüsseldə keçirilən NATO Ukrayna Müdafiə Əlaqə Qrupu Toplantısında səsləndirib. Onun sözlərinə görə: "ABŞ öz üzərinə düşəni edəcək, lakin Avropalılar qitənin müdafiəsində əsas məsuliyyəti daşımağa davam etməlidir."

Nazir bildirib ki, avqust ayından bu yana NATO ölkələri ABŞ silahlarının Ukraynaya çatdırılmasını təmin edən PURL təşəbbüsü vasitəsilə 2 milyard dollardan artıq yardım edib. O, müttəfiq ölkələrə çağırış edib: "Hamı deyir ki, Ukraynanın təhlükəsizliyi Avropanın təhlükəsizliyidir. O halda, indi sözləri əmələ çevirmək zamanıdır."

Heqset daha sonra açıq təhdid səsləndirib: "Əgər bu müharibə yaxın zamanda dayandırılmazsa və sülh yolu görünməzsə, ABŞ və müttəfiqləri Rusiyanın davam edən aqressiyası üçün əvəz çıxmaqdan çəkinməyəcək."

ABŞ rəsmisi deyib ki, ölümcül hərbi gücə sahib NATO və güclü Ukrayna ordusu, Rusiyanın təcavüzünə qarşı ən təsirli müdafiə qalxanı olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31