Ramiz Mehdiyevin yazışmaları ortaya çıxdı - Sensasion iddia

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının keçmiş rəhbəri, akademik Ramiz Mehdiyevə qarşı dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmə və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə ittiham irəli sürülüb və o, məhkəmənin qərarı ilə 4 aylıq ev dustaqlığına məhkum edilib.

Bakupost.az xəbər verir ki, Ramiz Mehdiyevə qarşı "dövlətə xəyanət" maddəsi ilə ittiham böyük rezonans doğurub və çoxsaylı ehtimallara yol açıb.

Bu ehtimallardan biri R.Mehdiyev və ona bağlı şəxslərin qanunsuz yolla ələ keçirdikləri külli miqdarda sərvətdən xaricdəki antiazərbaycan qüvvələrin nəzarəti altında olan və "mühacir" statusu almış şəxslərdən Azərbaycana qarşı istifadədir. Bəzi iddialara görə, xaricdə "söyüş müxalifəti" adlanan dəstəni bu komanda maliyələşdirib və onlara yüksək vəzifəli şəxslərlə bağlı "ifşaedici" məlumatlar, yaxud yüksək çinli şəxslərin istifadə etdiyi telefon nömrələri təqdim edilir.

Ehtimallar arasında Rusiya xüsusi xidmət orqanları ilə sıx əlaqə və dövlət sirrinin satılması da var. Tanınmış politoloq Heydər Oğuz "etibarlı mənbəyə istinadla" yazıb ki, Ramiz Mehdiyevin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə məxfi yazışmaları ortaya çıxıb. Onun iddiasına görə, 87 yaşlı qoca haqda bu qərarın verilməsinin səbəbi məhz budur.

Qeyd edək ki, məşhur iş adamı Adnan Əhmədzadənin həbsinin ardınca Ramiz Mehdiyevə qarşı ağır maddələrlə ittiham təsadüf sayılmır. R.Mehdiyevə qarşı ittihamların A.Əhmədzadənin istintaqı çərçivəsində irəli sürüldüyü də ehtimallar sırasındadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31