Almaniyaya gələn gənc ukraynalıların sayı on dəfə artıb - ÖZƏL
20:46 DünyaUkrayna hakimiyyətinin 18-22 yaş arası şəxslərin ölkədən çıxışına icazə verməsindən sonra Almaniyaya gələn gənc ukraynalıların sayı on dəfə artıb.
Olaylar xəbər verir ki, bu barədə "Die Welt" qəzeti məlumat yayıb.
Almaniyanın Daxili İşlər Nazirliyinin məlumatına görə, sığınacaq üçün həftəlik müraciətlərin sayı 1 mini ötüb. Halbuki çıxış icazəsi verilənədək bu göstərici həftədə təxminən 100 nəfər olub.
Bundan əvvəl Ukrayna Gənclər və İdman Naziri Matvey Bedni bildirib ki, 2022-ci ildən etibarən ölkə ərazisini təxminən 1,7 milyon gənc tərk edib.chr("39")
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31