Türk adları Fransada populyarlaşdı – Fransız valideynlər körpələrinə ən çox bu adı qoyur

Fransada son illərdə Türkcə adlara maraq sürətlə artır. Artıq bu adlar təkcə türk əsilli ailələr arasında deyil, etnik mənşəyindən asılı olmayaraq fransız və digər millətlərdən olan valideynlər tərəfindən də seçilir.

Fransa doğum qeydiyyat sistemindəki rəsmi məlumatlara görə, "Dilara" adı 2025-ci il etibarilə ölkədə ən çox istifadə edilən ilk 2.000 ad arasına daxil olub.

Hazırda Fransada təxminən 1.300 nəfər "Dilara" adını daşıyır.

Adın "ürəkləri fəth edən" mənası fransız valideynlər arasında böyük maraq doğurub.

Elif, Leyla, Aylin və Zeynəb adlarına da maraq artıb.

Bu adların ahəngdar səslənişi, qısa və yaddaqalan olması, həm də mənəvi anlam daşıması onların populyarlığını artıran əsas səbəblər kimi göstərilir.

Dilçilər və mədəniyyət araşdırmaçılarına görə:

Türkcə adlar poetik və emosional təsir gücünə malikdir

Məna dərinliyi fransız ailələrinin diqqətini cəlb edir

Adların melodik quruluşu onları beynəlxalq istifadəyə uyğun edir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31