ABŞ Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub
08:20 DünyaABŞ Dövlət Departamenti prezident Donald Trampın səkkiz ayda səkkiz ayrı müharibəyə son qoyduğunu bəyan edib.
"Report" xəbər verir ki, bu barədə departamentin "X" sosial şəbəkəsində paylaşım edilib.
Paylaşımda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasından başqa, Trampın Kamboca və Tayland, Kosova və Serbiya, Konqo Demokratik Respublikası və Ruanda, Pakistan və Hindistan, Misir və Efiopiya, son olaraq isə İsraillə HƏMAS arasında münaqişəni bitirdiyinə dair siyahı təqdim olunub.
ABŞ-nin xarici siyasət idarəsi Trampı "sülh prezidenti" adlandırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31