Pakistan və Əfqanıstan sərhədində yenidən toqquşma baş verdi
07:26 DünyaPakistan ordusu Əfqanıstan ərazisində yerləşən terrorçu mövqelərinə cavab zərbələri endirib.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin dövlət televiziyası "PTV" silahlı qüvvələrə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə 14 oktyabr axşamı Hayber-Paxtunxva əyalətinin Kurram dairəsində baş verib. "Taliban" və "Fitna əl-Xavaric" qruplaşmasının silahlıları Pakistanın sərhəd məntəqələrinə atəş açıblar.
Cavab əməliyyatı zamanı Pakistan ordusu qarşı tərəfin bir blokpostunu və tank mövqeyini məhv edib. Həmçinin "Fitna əl-Xavaric" qruplaşmasının yüksək rütbəli komandirlərindən biri zərərsizləşdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31