Tramp: HAMAS könüllü olaraq tərksilah olmazsa, ABŞ bunu zorla edəcək
07:23 DünyaHAMAS hərəkatı könüllü olaraq tərksilah olmazsa, ABŞ bunu zorla edəcək.
Bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə argentinalı həmkarı Xavyer Mileylə görüşü zamanı jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Tramp HAMAS-ın necə silahsızlandırılacağı barədə ətraflı açıqlama verməkdən imtina edib.
"Bunu sizə izah etmək öhdəliyim yoxdur. Onlar bilirlər ki, biz oyun oynamırıq", - deyə ABŞ administrasiyasının rəhbəri qeyd edib.
Onun sözlərinə görə, Vaşinqton HAMAS-ın silahsızlanmasını "məqbul bir müddət" ərzində gözləyir. (APA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31