Rusiya Kennedinin qətlinə dair “350 səhifəlik sənəd” təqdim edəcək

ABŞ-da Con Kennedinin qətli ilə bağlı yeni və səs-küylü iddia gündəmə gəlib.

Musavat.com xəbər verir ki, ABŞ Konqresinin üzvü Anna Paulina Luna Rusiya hökumətinin yaxın günlərdə Vaşinqtondakı səfirliyi vasitəsilə ABŞ-a 350 səhifəlik sənəd təqdim edəcəyini bildirib. Onun sözlərinə görə, sənəddə 1963-cü ildə öldürülən ABŞ prezidenti Con Kennedinin qətlinin əsl sifarişçisi və icraçıları barədə məlumatlar yer alacaq.

Luna qeyd edib ki, bu materialların "ABŞ tarixində ən qalmaqallı siyasi sui-qəsdlə bağlı yeni detallar"ı üzə çıxara biləcəyi gözlənilir. Hazırda sənədlərin məzmunu ictimaiyyətə açıqlanmayıb, lakin Konqresdə bununla bağlı xüsusi dinləmələrin təşkil olunacağı da istisna edilmir.

Kennedinin qətli ABŞ tarixində hələ də tam aydınlaşdırılmamış hadisələrdən biri olaraq qalır və Moskvanın təqdim edəcəyi məlumatların bu istiqamətdə yeni araşdırmalar üçün əsas yarada biləcəyi bildirilir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31