Çin aviaşirkətləri ABŞ-ın Rusiya üzərindən uçuşlara qadağa planına etiraz ediblər - ÖZƏL

Çin aviaşirkətləri "China Southern Airlines", "Air China" və "China Eastern Airlines" ABŞ-ın Rusiya üzərindən ABŞ-a gedən və ABŞ-dan çıxan uçuşlara qadağa qoymaq planına etiraz ediblər.

Olaylar xəbər verir ki, "China Southern Airlines"-ın açıqlamasında deyilir:

"Əgər bu təklif qəbul olunarsa, ABŞ və Çin arasındakı sərnişin əlaqələrinin daha da pozulmasına səbəb olacaq. Bu, ictimaiyyətin maraqlarına ziddir".

Şirkət hesab edir ki, bu qadağa ən azı 2,8 min sərnişinin biletlərinin yenidən bronlaşdırılmasını tələb edəcək.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Çin haqqında bildirmişdi ki, ölkə "dünyanı girov saxlayır", guya maqnit və digər metallarda bazarda monopoliya yaradır. Daha sonra isə ABŞ bütün Çin idxalına 100% rüsum tətbiq edildiyini açıqlayıb.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31