İranın müdafiə və milli təhlükəsizlik siyasəti ABŞ-la danışıqlarda müzakirə edilməyəcək- ÖZƏL
15 Aprel 14:51 DünyaOlaylar.az xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (KİK) nümayəndəsi Əli Məhəmməd Naini bildirib ki, İranın milli təhlükəsizlik və müdafiə məsələləri heç bir halda müzakirə predmetinə çevrilməməlidir. O, bu sahələrin İranın "qırmızı xətti" olduğunu və bu mövzuların heç bir şəraitdə müzakirə edilməməli və ya razılaşdırılmamalı olduğunu vurğulayıb.
Bundan əvvəl, İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Bağai, İran və ABŞ arasında növbəti danışıqların 19 aprel tarixində Omanın Məsqat şəhərində keçiriləcəyini açıqlamışdı. 12 aprel tarixində isə İran və ABŞ nümayəndə heyətləri Məsqatda ilk danışıqları keçiriblər. Hər iki tərəf danışıqların konstruktiv və müsbət atmosferdə keçdiyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31