Türkiyə-İran sərhədində 4.3 maqnitudalı zəlzələ olub.
Olaylar.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar Hakkari şəhərində qeydə alınıb.
Zəlzələ ocağı 5.4 kilometr dərinlikdə yerləşib.