Gürcüstanda dövlət bayraqları yarıya endirildi
10:21 DünyaMatəm günü ilə əlaqədar bütün Gürcüstan ərazisində dövlət bayraqları yarıya endirilib.
Olaylar.az xəbər verir ki, Gürcüstanın işğal altındakı Abxaziya bölgəsinin Qali rayonunun Saberio kəndində 5 uşağın ölümü ilə əlaqədar 9 yanvar Matəm günü elan edilib.
Baş nazir İrakli Kobaxidzenin qərarı ilə hökumət administrasiyası və parlament də daxil olmaqla dövlət və hökumət orqanlarının qarşısında bayraqlar yarıya endirilib. Hökumət vaş verən faciə ilə əlaqədar qurbanların ailəsinə başsağlığı verib.
Xatırladaq ki, hadisə yanvarın 5-də baş verib. Saberio kəndində evdə baş verən yanğın nəticəsində 5 azyaşlı faciəvi şəkildə həlak olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31