Bayden Kaliforniyada fövqəladə fəlakət rejimi elan etdi

ABŞ prezidenti Cozef Bayden tüğyan edən kütləvi yanğınlar səbəbindən Kaliforniya ştatında fövqəladə fəlakət rejimi elan edib.

Olaylar.az xəbər verir ki, bu barədə Ağ Evin saytında məlumat verilib.

Zərərçəkmişlər müvəqqəti mənzil və ev təmiri üçün qrantlar, sığortasız əmlaka dəyən zərərin ödənilməsi üçün kreditlər və digər proqramlar şəklində yardım ala biləcəklər.

Eyni zamanda Bayden Kaliforniyada azı 5 nəfərin ölümünə səbəb olan meşə yanğınları səbəbindən İtaliyaya səfərini ləğv etmək qərarına gəlib. (report)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31