Türkiyə kürdlərə qarşı genişmiqyaslı hərbi əməliyyata hazır olduğunu açıqlayıb – ÖZƏL

Türkiyə və Suriya silahlı qüvvələri Kürdüstan Fəhlə Partiyasının (PKK) kürd silahlılarına qarşı genişmiqyaslı hərbi əməliyyata hazırdır. 

Olaylar.az xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyet" qəzeti məlumat yayıb.

"PKK silahı yerə qoymasa, Qərb dövlətləri bu istiqamətdə tələblər irəli sürsə, Suriya dövləti ilə birgə genişmiqyaslı hərbi əməliyyat qaçılmaz olacaq", - deyə materialda vurğulanır.

Eyni zamanda, nəşr Qərb ölkələrinin hansı yeni tələblərinin müzakirə oluna biləcəyini dəqiqləşdirməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31