Ukrayna Rusiya neftinin Avropaya keçişini dayandırmaq istəyir – ÖZƏL
8 Yanvar 2025 12:12 DünyaUkrayna Rusiyanın Avropaya gedən neftinin öz ərazisindən keçməsini dayandırmaq qərarı alıb. Bu addım, Ukraynanın Rus qazının keçidini dayandırmasından sonra atılan növbəti addım ola bilər.
Olaylar.az xəbər verir ki, bu barədə ukrayna mətbuatı yazıb.
"İnsayder" mənbəsinin məlumatına görə, hər gün Rusiya "Drujba" neft kəməri ilə 20 milyon dollar gəlir əldə edir. 2019-cu ildə imzalanmış mövcud müqavilə 2029-cu ilin sonuna qədər qüvvədə olmalıdır, lakin Kiyev bu müddət bitməmiş kəmərin işləməsini dayandırmağı planlaşdırır.
Avropa ölkələri vəziyyətdən narahatdır. Macarıstanın Xarici İşlər naziri Peter Siyarto daha əvvəl bildirmişdi ki, Ukraynanın qaz tranzitini dayandırması Avropa üçün ciddi nəticələrə səbəb olub. Onun sözlərinə görə, yanacaq qiymətləri dərhal 20% artıb və bu, iqtisadiyyata ciddi zərbə vurub.
Siyarto, Kiyevin addımlarının Avropa İttifaqına daxil olmaq istəyinə baxmayaraq, Aİ ölkələrinin həyatını çətinləşdirdiyini vurğulayıb.