Rusiya XİN-dən Trampın bəyanatlarına münasibət: “O, hələ vəzifəyə başlamayıb” – ÖZƏL
8 Yanvar 2025 11:46 DünyaRusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, ABŞ-nin seçilmiş prezidenti Donald Trampın Qrinlandiya və Kanada ilə bağlı söylədiyi fikirlərə münasibət bildirib.
Olaylar.az xəbər verir ki, o, Trampın hələ vəzifəyə başlamadığını vurğulayıb və onun bəyanatlarını bu kontekstdə dəyərləndirməyin vacibliyini qeyd edib.
"Əgər o, hələ vəzifəyə başlamayıbsa, bu bəyanatları bu baxımdan qiymətləndirmək lazımdır" - deyə Zaxarova Sputnik radiosuna müsahibəsində bildirib.
Zaxarova əlavə edib ki, Tramp dövlətin və Amerikanın xalqının adından danışmağa başladığı zaman onun sözləri dəyərləndirilə bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31