Təyyarə qəzası zamanı xəsarət alan iki qırğızıstanlı xəstəxanadan buraxıldı
8 Yanvar 2025 11:30 DünyaQazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması zaman xəsarət alan iki qırğızıstanlı xəstəxanadan buraxılıb.
Olaylar.az Qırğızıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Xəsarət alan üçüncü şəxsin vəziyyəti sabitdir, Milli Hospitalın Neyrotravma şöbəsində onun müalicəsi davam edir.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
İlkin məlumata görə, təyyarə Rusiyanın hava məkanında Qroznı üzərində fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31