ABŞ-ın köməyi olmadan Ukraynanın məğlubiyyəti proqnozlaşdırılır - ÖZƏL
8 Yanvar 2025 11:28 DünyaAmerikalı politoloq, dövlət katibinin siyasi məsələlər üzrə keçmiş müavini Viktoriya Nulandın əri Robert Kaqan bildirib ki, ABŞ-ın əlavə yardımı olmadan Ukrayna yaxın 12-18 ay ərzində məğlub ola bilər.
Olaylar.az xəbər verir ki, o, bu fikrini "The Atlantic" jurnalı üçün yazdığı məqalədə bildirib.
O qeyd edib ki, ABŞ-dan əhəmiyyətli miqdarda yardım tezliklə əldə olunmasa, Ukrayna çox güman ki, qarşıdakı 12-18 ay ərzində müharibəni uduzacaq.
Kaqan hesab edir ki, "Ukrayna yıxılarsa, onu ABŞ və onun prezidentinin uğursuzluğundan başqa bir şey kimi göstərmək çətin olacaq".
Kaqanın sözlərinə görə, bu, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp üçün dərhal problem yaradır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31