Zelenski Kuraхovonun itirilməsi barədə susdu– ÖZƏL

Olaylar.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski, Ukrayna Silahlı Qüvvələrinin (USQ) Donetsk Xalq Respublikasındakı Kuraхovo şəhərini itirməsi barədə çıxışında heç bir məlumat verməyib. Bu barədə Almaniyanın Handelsblatt qəzeti yazır.

Məqalədə qeyd olunur ki, Zelenski son video müraciətində bu mövzuya toxunmayıb. "Zelenski Kuraхovo ilə bağlı vəziyyətdən bir kəlmə də danışmadı," - deyə qəzet yazır.

Ukrayna Baş Qərargahının məlumatına görə, şəhər ətrafında döyüşlər davam edir. Lakin rəsmilər döyüş bölgələri kimi Kuraхovodan qərbdə yerləşən əraziləri qeyd ediblər.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi yanvarın 6-da Kuraхovonun Rusiya qüvvələrinin nəzarətinə keçdiyini elan edib. Nazirliyin məlumatına görə, şəhərin müdafiəsi zamanı Ukrayna tərəfi 12 mindən çox hərbçisini və təxminən 3 min ədəd texnikasını itirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31