Amerikalı jurnalist Hinkl Bayden administrasiyasını “ən pis” adlandırdı– ÖZƏL

Olaylar.az xəbər verir ki, amerikalı jurnalist Cekson Hinkl hesab edir ki, ABŞ-nin hazırkı prezidenti Co Baydenin administrasiyası ölkənin müasir tarixində "ən pis" hökumət kimi yadda qalacaq. O, bunun əsas səbəbi kimi Baydenin Ukrayna siyasəti ilə qlobal münaqişəni yaxınlaşdırmasını göstərib. Bu barədə jurnalist RIA Novosti-yə açıqlama verib.

"Bayden və Kamala Harris çox korrupsioner və qeyri-peşəkar rəhbərlər kimi yadda qalacaq. Onlar "dərin dövlət"in tam nəzarəti altında olan marionetkalar kimi tarixə düşəcəklər. Ən böyük uğursuzluqları isə Rusiya-Ukrayna münaqişəsini daha da dərinləşdirərək bizi üçüncü dünya müharibəsinə yaxınlaşdırmalarıdır. ABŞ-da daxili problemlər böyüdüyü halda, bu administrasiya Ukraynaya yüz milyonlarla dollar vəsait göndərir. Onlar ABŞ-nin maraqlarını qurban verərək Rusiyaya qarşı mübarizəni prioritet seçdilər," - deyə Hinkl vurğulayıb.

Hinkl əlavə edib ki, Bayden administrasiyasının digər neqativ addımlarından biri də Yaxın Şərqdə İsrailin hərbi əməliyyatlarına dəstək verməsidir.

Bundan əvvəl jurnalist Cekson Hinkl, Tramp administrasiyası haqqında da fikirlərini bölüşüb. O qeyd edib ki, Donald Tramp prezident olduqdan sonra Ukrayna məsələsi ətrafında administrasiya daxilində ciddi qarşıdurmalar baş verə bilər, çünki bu mövzuda Trampın komandasında müxtəlif baxışlar mövcuddur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31