Trampın Starmerlə bağlı mövqeyi nəyi dəyişir? – ÖZƏL
8 Yanvar 10:24 DünyaABŞ-nin seçilmiş prezidenti Donald Tramp, amerikalı iş adamı Elon Maskın Britaniyanın baş naziri Kir Starmerə qarşı irəli sürdüyü ittihamları dəstəkləyir. Trampın bu mövqeyi, həmin vəzifəyə başqa bir şəxsin gətirilməsini istəyi ilə əlaqələndirilir.
Olaylar.az xəbər verir ki, bu fikri Rusiya senatı üzvü Aleksey Puşkov səsləndirib.
"Londonda ikili qorxu var: təkcə Mask Starmerə qarşı hücum etmir, həm də aydındır ki, Tramp Starmerlə işləmək istəmir," - deyə Puşkov öz Telegram kanalında yazıb.
Rusiyalı siyasətçinin sözlərinə görə, Tramp Böyük Britaniyada fərqli bir tərəfdaşın olmasını istəyir.
Xatırladaq ki, Elon Mask daha əvvəl Starmeri, 2008-2013-cü illərdə Britaniyanın prokurorluq xidmətinə rəhbərlik etdiyi dövrdə baş vermiş kütləvi zorlamalara görə məsuliyyət daşımaqda ittiham etmişdi. Starmer isə Maskın iddialarını yalan və dezinformasiya adlandıraraq rədd etmişdi.