Kapitoliy hücumunda iştirak edən “Şaman” Rusiya və ABŞ əməkdaşlığına ümid edir– ÖZƏL
7 Yanvar 2025 15:55 DünyaOlaylar.az xəbər verir ki, 2021-ci ildə ABŞ-də Kapitoliy binasına hücumda iştirak edən və "Şaman" kimi tanınan Ceyk Andjeli (əsl adı Ceykob Çensli) Donald Trampın rəhbərliyi altında ABŞ və Rusiya arasında əməkdaşlığın mümkünlüyünə ümid etdiyini bildirib. Bu barədə RIA Novosti məlumat yayıb.
"Bizə qlobalistlərin idarə etdiyi dünya lazım deyil. Mən düşünürəm ki, Amerika və Rusiya, ən azı Tramp administrasiyası dövründə, bu barədə razılığa gələ bilərlər," - deyə Andjeli vurğulayıb.
O, Rusiya və ABŞ-nin birgə işləyərək "qarşılıqlı rifah və qlobalizmin sonunu" təmin etməyi arzuladığını qeyd edib.
Andjeli əlavə edib ki, Trampın Kapitoliy hücumunun iştirakçılarını əfv etmək vədini yerinə yetirəcəyini gözləyir.
Həmçinin, o, bir gün Sibiri görməyi və Rusiyanın paytaxtı Moskvaya səfər etməyi xəyal etdiyini bildirib.