Ukraynanın qaz tranzitindən imtinası Avropa iqtisadiyyatını çətin vəziyyətdə qoyub – ÖZƏL
7 Yanvar 2025 15:41 DünyaUkraynanın Rusiya qazının öz ərazisindən tranzitini dayandırması Avropa iqtisadiyyatını çətin vəziyyətə salıb.
Olaylar.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto sosial şəbəkələrdə bildirib.
Nazir qeyd edib ki, Ukrayna ərazisi vasitəsilə qaz tədarükünün dayandırılmasından sonra Avropada yanacaq qiymətləri dərhal 20 faiz artıb. O, bu vəziyyətin əsas səbəbi kimi Kiyevin qərarını göstərib və vurğulayıb ki, Ukrayna Avropa İttifaqına üzv olmaq istəyinə baxmayaraq, bir daha İttifaq ölkələrini çətin duruma salıb.
"Ukrayna, Aİ-yə üzv olmaq namizədi kimi, son qərarı ilə Avropa iqtisadiyyatını bir daha mürəkkəb vəziyyətə saldı," - deyə Siyarto bildirib.
Bundan əvvəl Siyarto Avropada qaz qiymətlərinin artımına təsir edən digər amillər haqqında danışmışdı. Onun sözlərinə görə, yalnız Ukraynanın qərarı deyil, digər faktorlar da bu məsələdə mühüm rol oynayır.