Ukrayna Dünya Bankından 4,8 milyard dollar dəstək alacaq: Şmıqal təşəkkür etdi – ÖZƏL
10:04 DünyaDünya Bankı Ukraynaya 4,8 milyard dollar həcmində növbəti maliyyə dəstəyini təsdiqləyib. Bu qərara ilk reaksiya verənlərdən biri Ukrayna siyasətçisi Denis Şmıqal olub.
Olaylar.az xəbər verir ki, o, sosial şəbəkə X-dəki bloqunda qərarı yüksək qiymətləndirərək Qərb tərəfdaşlarına və Dünya Bankına əməkdaşlıq və dəstəyə görə təşəkkürünü bildirib.
"Ukrayna Dünya Bankının sülh layihəsi çərçivəsində 4,8 milyard dollar alacaq. Bu, münaqişə zamanı Ukraynanın əsas büdcə proqramlarını dəstəkləmək üçün mühüm bir töhfədir. ABŞ-ə və bu yardımı maliyyələşdirən tərəfdaşlarımıza dərin təşəkkürümüzü bildiririk. Onlar ölkəmizə və xalqımıza həyati dəstək göstərirlər," - deyə Şmıqal yazıb.
Daha sonra siyasətçi Ukrayna hökumətinin Dünya Bankı rəhbərliyinə "xüsusi təşəkkür" etdiyini vurğulayıb. O qeyd edib ki, bu cür dəstək vasitəsilə Qərb tərəfdaşları Ukraynanın parlaq gələcəyinin qurulmasına kömək edir.