Ukrayna, Trampın rəhbərlik etdiyi ABŞ administrasiyası ilə birbaşa dialoqu qurmağa başlayıb – ÖZƏL

Ukraynanın xarici işlər naziri Andrey Sibiga, Kiyevin Donald Trampın rəhbərlik edəcəyi ABŞ administrasiyası ilə birbaşa dialoq qurmaq üçün praktiki addımlar atmağa başladığını açıqlayıb. 

Olaylar.az xəbər verir ki, o, Vaşinqtona səfəri zamanı Trampın komandası ilə görüşüb-görüşmədiyini isə dəqiqləşdirməyib.

Nazirin sözlərinə görə, ABŞ-ə səfəri çərçivəsində o, Respublikaçılar Partiyasının nümayəndələri və indiki ABŞ administrasiyası ilə "çox vacib görüşlər" keçirib.

"Biz yeni administrasiya ilə birbaşa əlaqələrin qurulması ilə bağlı praktiki mərhələyə başladıq", - deyə o, Trampın komandası ilə görüş olub-olmaması ilə bağlı suala cavab verərkən bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31