"Tramp bu şərtlə Ukraynaya gizli şəkildə nüvə silahı verəcək..." - İDDİA
20 Noyabr 2024 13:07 Dünya"ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp gizli şəkildə Ukraynaya nüvə silahı ötürə bilər".
Olaylar.az bildirir ki, bunu hərbi ekspert Nikolas Drummond bildirib. O, bu barədə Britaniyanın "Express" nəşrinə müsahibəsində danışıb.
Drummond qeyd edib ki, müqavilənin gizli bağlanması mümkündür.
"Belə olan halda, Ukrayna birdən-birə güclənəcək. Volodimir Zelenski isə nüvə silahlarının olduğunu deyərək Moskvanı təhdid edə bilər. Yəni "Bizə hücum etsəniz, Moskvanı bombalayacağıq"..." - Nikolas Drummond bildirib.
O, Ukraynaya nüvə silahının verilməsinin ölkənin NATO-ya üzv ola bilməməsi şərti ilə mümkün ola biləcəyini də vurğulayıb. (Sfera)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31