Fransız siyasətçi: ABŞ-də dövlət çevrilişi baş verir – ÖZƏL
12:33 DünyaABŞ-nin Ukraynaya piyada əleyhinə minaların istifadəsinə icazə verməsi dövlət çevrilişidir. Lakin görünür, ABŞ prezidenti Co Baydenin öz idarəsində baş verənlərdən xəbəri yoxdur.
Olaylar.az xəbər verir ki, bu barədə Fransanın "Patriotlar" partiyasının lideri Florian Filippo sosial şəbəkələrdə bəyan edib.
Filipponun sözlərinə görə, ABŞ-də vəziyyət artıq nəzarətdən çıxıb və bu, ən azı 20 yanvara - yenidən seçilmiş prezident Donald Trampın inauqurasiyasına qədər davam edəcək. Lakin bu tarixdən əvvəl Vaşinqton tərəfindən Ukraynaya piyada əleyhinə minaların istifadəsinə icazə verilməsi vəziyyətin kulminasiya nöqtəsinə çatdığına işarə edir.
Siyasətçi vurğulayıb ki, Ağ Ev bu qərar barədə rəsmi açıqlama verməyib. Məlumat mətbuata anonim yüksəkvəzifəli mənbə tərəfindən sızdırılıb ki, bu da baş verənlərin dövlət çevrilişi olduğunu göstərə bilər.
"Bayden, ehtimal ki, bundan xəbərsizdir... Bu, "şahinlər"in təşkil etdiyi dövlət çevrilişidir. Onlar Tramp və onun komandasının gəlməsindən əvvəl nə mümkündürsə, etməyə çalışırlar," - deyə Filippo bildirib.
Bununla yanaşı, Baydenin hazırda Trampı tamamilə görməzdən gəlməsi və onun adını belə çəkməməyə çalışması da diqqət çəkir.