Rusiya və ABŞ prezidentlərinin sözçüləri Obamanın prezidentliyindən bəri əlaqə saxlamayıblar — ÖZƏL
11:38 DünyaOlaylar.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml və Ağ Evin mətbuat katibləri arasında sonuncu təmas Barak Obamanın prezidentliyi dövründə baş tutub.
"Bizim mətbuat katibləri formatında son əlaqəmizdən bir müddət keçib. Xatırladığım kimi, ABŞ həmkarlarımla sonuncu söhbətim prezident Obamanın dövründə olub. O vaxtdan bizim yaxşı münasibətlərimiz olmayıb", - Peskov bildirib.
Eyni zamanda, Kreml sözçüsü Cenevrədə Rusiya-ABŞ sammiti təşkil olunarkən belə Donald Tramp və Co Baydenin mətbuat katibləri ilə ünsiyyət qurmaq şansının olmadığını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31