Rusiyada terror aktı planlaşdıran alman vətəndaşı saxlanıldı

FSB Polşadan Kalininqrad vilayətinə təxribat törətmək məqsədilə daxil olan Almaniya vətəndaşını saxlayıb.

Olaylar xəbər verir ki, bu barədə Rusiya FSB məlumat yayıb.

Polşadan Kalininqrad vilayətinə daxil olarkən rayonun enerji obyektlərində təxribat törətməyi planlaşdıran Almaniya vətəndaşı, Hamburq şəhər sakini Nikolay Qayduk saxlanılıb

Saxlanılan Almaniya vətəndaşı nəzarətə götürülüb.

Hazırda N.V.Qayduka yardım etmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31