Zelenski: “ABŞ hərbi yardımı azaldarsa, Ukrayna məğlub ola bilər” – ÖZƏL

Ukraynanın prezidenti Volodimir Zelenski ABŞ-nin ölkəsinə hərbi yardımı azaltması halında Ukraynanın müharibədə məğlub olacağını bildirib.

Olaylar.az xəbər verir ki, Zelenski bu barədə "Fox News" telekanalına müsahibəsində deyib.

"Əgər yardım azaldılsa, düşünürəm ki, biz uduzacağıq," - deyə o, qeyd edib.

O, belə bir vəziyyətdə Ukraynanın müharibəni davam etdirəcəyini vurğulayıb və ölkənin hərbi istehsal potensialına malik olduğunu qeyd edib. Lakin onun sözlərinə görə, bu potensial qələbə qazanmaq üçün yetərli deyil.

Eyni zamanda, Zelenski ABŞ-nin dəstəyi azaltmaq qərarını "amerikan xalqının seçimi" kimi qiymətləndirib və bu məsələnin Donald Trampın rəhbərliyi altında yeni administrasiyanın qərarına bağlı olduğunu deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31