Sandu Moldovada prezident seçkilərində qalib gəldi
4 Noyabr 2024 10:02 DünyaMoldovanın hazırkı prezidenti Maia Sandu prezident seçkilərində Aleksandr Stoyanoqlo üzərində 10 faizə yazın fərqlə qalib gəlib.
Olaylar bildirir ki, bu barədə noyabrın 3-də keçirilən seçkilərin ikinci turunun ilkin nəticələrində qeyd olunub.
Mərkəzi Seçki Komissiyasının saytında dərc edilmiş ilkin səsvermə nəticələrinə əsasən, M.Sanduya 908 196 seçici (54,91%), A.Stoyanoqloya isə 745 866 seçici (45,09%) səs verib.
Seçkilərdə 1 697 019 Moldova vətəndaşı iştirak edib ki, bu da 54,28% təşkil edir. Bu saata kimi səsvermə protokollarının 98,6 faizi hesablanıb. (APA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31