Xameneinin müşaviri: "Ekzistensial təhlükə yaranarsa, İran nüvə doktrinasını dəyişəcək"

Dünən İranın ali rəhbərinin müşaviri və Xarici Əlaqələr üzrə Strateji Şuranın sədri Kamal Xərrazi İsrailin hücumlarına cavab olaraq deyib ki, Tehran Təl-Əvivə uyğun vaxtda və lazımi şəkildə cavab verəcək.

Olaylar xəbər verir ki, "Azad İran" "Telegram" kanalı bu barədə "Əl-Məyadin"ə istinadən xəbər yayıb.

"İran üçün təhlükə yaranarsa, nüvə doktrinasında dəyişiklik hələ də mümkündür. Nüvə silahı istehsal etmək üçün texniki imkanlarımız var və bizi dayandıran yeganə maneə ölkənin ali rəhbərinin fətvasıdır", - deyə Xərrazi vurğulayıb.

O, İranın raket siyasətində dəyişikliklərə də toxunub.

Xameneinin müşaviri əlavə edib ki, İran raketlərin uçuş məsafəsini artırmaqla raket proqramını da genişləndirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31