Sudanda epidemiya: Ölənlərin sayı 852-ə çatdı
13:21 DünyaSudanda vəba epidemiyasından ölənlərin sayı 852-yə yüksəlib.
Olaylar xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) 3,4 milyon uşağın xəstəlik riski altında olduğunu açıqlayıb.
Açıqlamada, Sudanda iyun ayından bəri təsirli olan daşqınların vəba xəstəliyinin yayılmasına səbəb olduğu bildirilib. Sudan Silahlı Qüvvələri (SAF) ilə Çevik Dəstək Qüvvələri (RSF) arasında 2023-cü ildə başlayan qarşıdurma ölkədə humanitar ehtiyacları artırıb. Ölkədə münaqişədən sonra məcburi miqrasiya minlərlə ailəni didərgin salsa da, təxminən 25 milyon insanın humanitar yardıma ehtiyacı olduğu təxmin edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31