Ərdoğan İstanbulda İraqın Baş nazirini qəbul etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Baş naziri Məhəmməd Şia əs-Sudanini İstanbulda qəbul edib.

Olaylar.az xəbər verir ki, məlumatı Türkiyə Prezidenti Administrasiyası yayıb.

Məlumata görə, görüş İstanbulda Vahdettin iqamətgahında keçirilir.

Bildirilib ki, liderlər ikitərəfli və regional məsələləri müzakirə edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31