Gürcüstan seçkilərinə görünməmiş xarici müdaxilə olub - ÖZƏL
13:54 DünyaOlaylar.az xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, Gürcüstanda son parlament seçkiləri zamanı görünməmiş xarici müdaxilə müşahidə olunub.
"Xarici vəsaitlər Gürcüstanda siyasi məqsədlərə çatmaq üçün istifadə olunur. Digər şeylərlə yanaşı, son seçkilərdə görünməmiş kənar müdaxilələr, o cümlədən xarici fondlar vasitəsilə olub" - o, bildirib.
Oktyabrın 26-da Gürcüstanda ilk dəfə olaraq elektron seçki qutularının geniş tətbiqi ilə parlament seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hakim "Gürcü arzusu-Demokratik Gürcüstan" partiyası 53,93 faiz səs toplayıb. Qalib olaraq hökuməti təkbaşına formalaşdırmaq hüququ var. Dörd müxalifət partiyası beş faizlik baryeri keçib: "Dəyişiklik naminə koalisiya" 11 faiz, "Birlik-Milli Hərəkat" 10,16 faiz, "Güclü Gürcüstan" 8,8 faiz, "Gürcüstan üçün Qaxariya" 7,76 faiz səs toplayıb.