Gürcüstanda seçkilər zamanı ciddi pozuntularla bağlı heç bir fakt yoxdur - ÖZƏL

Olaylar.az   xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, müxalifətin saxtakarlıq iddialarına baxmayaraq, Gürcüstanda keçirilən son parlament seçkiləri zamanı hər hansı ciddi qanun pozuntusuna dəlalət edən faktlar yoxdur.

Kobaxidze deyib: "Reallıqda bu seçkilər zamanı saxtakarlıq bir yana, hər hansı ciddi pozuntuların ola biləcəyini göstərən heç bir fakt yoxdur".

Onun fikrincə, mövcud olmayan səslərin saxtalaşdırılması iddiaları müxalifətin seçki məğlubiyyətini tərəfdarlarına izah etmək üçün yeganə şans idi. Seçkidən əvvəl müxalifət liderləri iddia edirdilər ki, hakim partiya seçicilərin cəmi 30-35 faizinin dəstəyini qazanır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31