General Zaltsman: ABŞ-nin Kosmik Qüvvələr yaratmasının əsas səbəblərindən biri budur- ÖZƏL

ABŞ Hərbi Kosmik Qüvvələrinin yaradılmasının əsas səbəblərindən biri Rusiya və Çinin kosmosdakı inkişafları olub. 

Olaylar.az xəbər verir ki, bu barədə ABŞ generalı Bradli Çens Zaltsman Avropaya səfəri zamanı keçirdiyi mətbuat konfransında məlumat verib.

"Son 20 ildə Çin və Rusiya kosmosda hərbi əməliyyatlar apara biləcəyini nümayiş etdirdi. Bu, ABŞ-nin   Kosmik Qüvvələr yaratmasının əsas səbəblərindən biridir," - deyə general Zaltsman vurğulayıb.

Generalın səfərinin məqsədi dövlətlər arasında kosmosda potensial münaqişə ehtimalını araşdırmaq olub. O bildirib ki, ABŞ Kosmik Qüvvələri, əsasən, Rusiya və Çin tərəfindən gələ biləcək təhlükələrdən özünü və müttəfiqlərini qorumaq məqsədi ilə yaradılıb. Zaltsmana görə, Qərb siyasətçilərini Çin və Rusiyanın kosmosdakı sürətli silahlanma tempi "dərin narahatlıq" içində saxlayır.

Daha əvvəl xarici KİV-də yayılan xəbərlərə əsasən, ABŞ 2025-ci ildə Rusiya və Çin peyklərini zərərsizləşdirə biləcək yeni bir silahı işə salmağı planlaşdırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31