Bild: Almaniyada ukraynalıların məşğulluq proqramı uğursuz olub- ÖZƏL
12:34 DünyaOlaylar.az xəbər verir ki, Almaniyada ukraynalıların işlə təmin olunması məqsədilə tətbiq edilən "turbo-proqram" uğursuzluğa düçar olub. 2024-cü ildə işəgötürmə mərkəzləri vasitəsilə ukraynalıların yalnız 40%-i vakansiya əldə etsə də, işə başlayanlar bir faizdən də az olub.
Bild-in məlumatına görə, 2023-cü ildə də heç bir ukraynalı işə başlamayıb və hazırda Almaniyada 720 min ukraynalı yardım alır. Bu məqsədlə hər ay təxminən 540 milyon avro sərf olunur.
Vladimir Zelenski isə Avropa İttifaqının işləmək istəməyən ukraynalıları geri qaytarmağı planlaşdırdığını açıqlayıb. Polşa xarici işlər naziri Radislav Sikorski isə hərbi çağırış yaşında olan ukraynalılara verilən bütün yardımların dayandırılmasını təklif edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31